Pasportdakı yaşınız aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür.

Bu barədə həkim Viktoriya Kulaqina məlumat verib.

Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanın hüceyrə, toxuma və orqanlarının fəaliyyət effektivliyini göstərir. Qocalma tempinə irsiyyət, qidalanma tərzi, fiziki aktivlik səviyyəsi, yuxunun keyfiyyəti, stres, zərərli vərdişlər və xroniki xəstəliklər kimi amillər birbaşa təsir göstərir.

Mütəxəssis bildirir ki, eyni yaşda olan iki fərqli şəxsi eyni meyarlarla dəyərləndirmək düzgün deyil, çünki onların orqanizmlərinin vəziyyəti kəskin şəkildə fərqlənə bilər. İllər keçdikcə orqanizmdə hüceyrə zədələnmələri artır, immun sisteminin fəaliyyət mexanizmi dəyişir, iltihab prosesləri aktivləşir və telomerlərin uzunluğu qısalır.

Hazırda bioloji yaşı mütləq dəqiqliklə ölçmək qeyri-mümkündür. Bu məqsədlə qanın kompleks analizi, qaraciyər və böyrəklərin fəaliyyət göstəriciləri, qanda şəkər və xolesterinin səviyyəsi, həmçinin iltihab markerlərindən istifadə edilir. Bundan əlavə, insanın fiziki forması, əzələ gücü, yeriş sürəti, bədən müvazinəti və ürək-damar sisteminin ümumi sağlamlığı da nəzərə alınır.

Mütəxəssis vurğulayıb ki, yaşla əlaqədar dəyişiklikləri ləngitmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, sağlam yuxu rejiminə riayət etmək, balanslı qidalanmaq, tütündən imtina etmək, eləcə də qan təzyiqini, şəkər və xolesterin səviyyəsini daim nəzarətdə saxlamaq vacibdir.

Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, bioloji yaşı müəyyən edən testlər qəti tibbi diaqnoz sayılmır. Yalnız bir göstəriciyə əsaslanaraq orqanizmin ümumi vəziyyətini tam dəyərləndirmək və insanın nə qədər yaşayacağını əvvəlcədən söyləmək mümkün deyil.(oxu.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR