Qəribə qərar: Quraqlıq zamanı su pulu artacaq

Böyük Britaniyada su şirkətlərinə quraqlıq və tələbatın yüksək olduğu dövrlərdə istehlakçılardan daha yüksək ödəniş tələb etməyə icazə verilə bilər.

Gazette.az “The Telegraph”a istinadla xəbər verir ki, ölkənin su sektorunu tənzimləyən “Ofwat” qurumunun nəzərdən keçirdiyi plana əsasən, su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur. Məqsəd su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.

Təkliflər təsdiqlənərsə, su şirkətləri ilin müxtəlif dövrlərinə uyğun dəyişən tariflər tətbiq edə, həmçinin müəyyən edilmiş istehlak həddini aşan ev təsərrüfatlarından daha yüksək ödəniş tələb edə biləcəklər. Yeni tarif sistemlərinin əksəriyyətinin tətbiqi üçün evlərdə “ağıllı” su sayğaclarının quraşdırılması tələb olunacaq.

Planların təfərrüatları ölkənin dörddə üçünün quraqlıq vəziyyətində olduğu bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Böyük Britaniyanın bir sıra bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar baş verir. Təkliflər yaxın həftələrdə “Ofwat” tərəfindən yekun şəkildə təsdiqlənərsə, yeni qaydaların gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.(Publika.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR