Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA)  məlumat verilib.

Bildirilib ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Sözügedən filmin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

“Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunub. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

Filmin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR