Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin tələbəsi üçün təşkil olunmuş yay təcrübə proqramı başa çatıb.
 
Əsas məqsəd dövlət xidmətləri sahəsində “ASAN xidmət” təcrübəsinin öyrənilməsi, əldə olunan bilik və təcrübə əsasında elmi işlərin hazırlamasıdır.
 
Təcrübə proqramının yekununda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Oksford tələbəsi ilə görüşüb. Görüş zamanı təcrübə proqramının nəticələri, “ASAN xidmət” modelinin dövlət idarəetməsində rolu, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmalar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Slovakiyali tələbə Azərbaycanda olmaqdan və “ASAN xidmət”də təcrübə keçməkdən məmnunluğunu ifadə edib, proqram çərçivəsində əldə etdiyi təcrübənin onun akademik və gələcək peşəkar fəaliyyəti baxımından əhəmiyyətli olduğunu qeyd edib. 

Proqram çərçivəsində tələbəyə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib və regional “ASAN xidmət” mərkəzinə səfər həyata keçirilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR