İdman TV yeni mövsümdə nüfuzlu yarışları yayımlayacaq

Dünya idmanının nəbzini tutan İdman TV yeni mövsümdə də azarkeşlərə nüfuzlu beynəlxalq yarışları izləmək imkanı yaradacaq. Kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və futbolun ən köklü turnirlərindən olan FA Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir.

Premyer Liqada çempionluq, avrokuboklara vəsiqə və turnirdə qalmaq uğrunda mübarizə, La Liqada isə “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və digər aparıcı klubların qarşılaşmaları tamaşaçılara təqdim olunacaq. Müəyyən fasilədən sonra yenidən yayımlanacaq FA Kuboku da azarkeşlər üçün xüsusi maraq doğuracaq.

Yeni mövsümün əsas yeniliklərindən biri Bundesliqanın geri qayıtmasıdır. “Bavariya”, “Borussiya Dortmund”, “Leypsiq”, “Bayer Leverkuzen” və digər klubların oyunlarını televiziyada, eləcə də İdman TV-nin YouTube platformasında da izləmək mümkün olacaq.

Avropa basketbolunun ən nüfuzlu yarışlarından olan Avroliqa da mövsüm ərzində canlı yayımlanacaq. “Fənərbağça”, “Anadolu Efes” və “Beşiktaş”ın iştirakı turnirə əlavə maraq qatacaq.

Beləliklə, futbol və basketbolun ən böyük yarışları yeni mövsümdə də azarkeşlərin görüşünə gəlir: Premyer Liqa, La Liqa, FA Kuboku, Bundesliqa və Basketbol üzrə Avroliqa – İdman TV-də!

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR