2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır

 

2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub. Yeni imkan məzunların təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada çıxışını təmin edir.

Hazırda xidmət yalnız my.gov.az portalında⁠ aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin “mygov” mobil tətbiqində də əlçatan olması nəzərdə tutulur. Məzunlar elektron sənədlərinə my.gov.az portalında “Təhsil” bölməsinə daxil olaraq “Elektron təhsil sənədlərim” xidmətindən yararlana bilərlər. Bölməyə keçid etdikdə vətəndaşın adına mövcud olan elektron təhsil sənədləri siyahı şəklində əks olunur və müvafiq sənədi seçməklə rəqəmsal versiyasına baxmaq mümkündür.

Rəqəmsal təhsil sənədlərinin həqiqiliyini yoxlamaq üçün sənəd üzərində yerləşdirilmiş QR kodu kamera ilə oxutmaq və ya edu.gov.az-ın “Sənəd Yoxlama” səhifəsinə⁠ daxil olaraq sənədin nömrəsi və doğum tarixini daxil etmək mümkündür.

Qeyd edək ki, bu günədək vətəndaşlara aid diplom və bir sıra digər təhsil sənədləri “mygov” platformasına inteqrasiya olunub. Əvvəlki illərin məzunları da öz diplomlarına platforma vasitəsilə baxa bilərlər.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR