“Azərpoçt”un mobil tətbiqində AZQR ödəniş funksiyası istifadəyə verilib

“AZCON Holding”in şirkətlərindən olan “Azərpoçt” MMC müştərilərinə daha rahat və təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaq məqsədilə “AzPostMobile” tətbiqində AZQR funksiyasını istifadəyə verib.

AZQR Azərbaycan ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir.

Yeni funksiya istifadəçilərə ticarət və xidmət obyektlərində, POS-terminal və kassa həllərində, eləcə də onlayn mağazalarda yaradılan QR kodları smartfon vasitəsilə skan edərək ödəniş aparmaq imkanı verir.

AZQR vasitəsilə ödəniş zamanı kart məlumatlarının tətbiqə və ya brauzerə daxil edilməsinə ehtiyac yaranmır. Ödəniş birbaşa istifadəçinin mobil tətbiqi üzərindən biometrik təsdiq və ya şifr vasitəsilə baş tutur. Beləliklə, istifadəçilər kart və ya pul kisəsi daşımadan ödənişlərini saniyələr ərzində həyata keçirə bilərlər.

Sözügedən funksiya ödəniş prosesinin sadələşdirilməsinə, kassalarda növbələrin azalmasına və əməliyyatların daha operativ həyata keçirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdsız ödənişlərin icrasını təmin edən AZQR funksiyası “Azərpoçt”a məxsus //stamps.az/, www.smartpay.az və www.postcargo.az saytlarında da aktivdir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR