Bakıda böyük beynəlxalq forum keçiriləcək

Sentyabrın 7-dən 9-dək Bakıda “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Four Seasons” otelində baş tutacaq.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat və logistika sektorunun, investisiya dairələrinin, biznes və ekspert təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin təşkilatçıları “RDL Group” və “CASPIA” analitik mərkəzdir.

Forumun əsas müzakirə mövzularından biri Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu olacaq. İştirakçılar dəhlizin inkişaf perspektivləri ilə yanaşı, onun praktiki səmərəliliyinə təsir edən əsas məsələləri - infrastrukturun ötürücülük qabiliyyətini, liman və dəmir yolu şəbəkələrinin vəziyyətini, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanı, investisiya ehtiyaclarını və logistika proseslərinin rəqəmsallaşdırılmasınımüzakirə edəcəklər.

Xəzər dənizi üzərindən yükdaşımaların dinamikası, liman və dəmir yolu infrastrukturunun inkişafı, nəqliyyat operatorları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx əlaqələndirilməsi imkanları da müzakirələrin əsas istiqamətləri sırasında yer alacaq.

Forumda TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Trump Route forInternational Peace and Prosperity) daxil olmaqla, regionda irəli sürülən yeni infrastruktur təşəbbüsləri və onların regional bağlantılara mümkün təsiri də ayrıca nəzərdən keçiriləcək.

Bununla yanaşı, nəqliyyat infrastrukturuna investisiyaların cəlb edilməsi, multimodal daşımaların inkişafı, Xəzər və Qara dəniz üzərindən yükdaşımaların genişləndirilməsi, logistikanın rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Kütləvi informasiya vasitələrinin nümayəndələri “Black and Caspian FreightForum 2026: Corridors, Infrastructure, Investments” tədbirini işıqlandırmağa dəvət olunurlar.

Media akkreditasiyası üçün tədbiri işıqlandıracaq jurnalistin və ya digər media nümayəndəsinin adı, soyadı və təmsil etdiyi media qurumunun adının təqdim edilməsi xahiş olunur.(yeni sabah)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR