
Vəkillər üçün özəl məhkəmə ekspertizası institutuna dair icbari təlim keçirilib
"De Fendo" Vəkil Bürosunda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə vəkillər üçün özəl məhkəmə ekspertizası institutuna dair icbari təlim keçirilib.
Təlim "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"nın Tədbirlər Planının 8.3.1-ci yarımbəndinin icrası çərçivəsində təşkil olunub. Tədbirin məqsədi vəkillərin özəl məhkəmə ekspertizası institutunun mahiyyəti, hüquqi əsasları, fəaliyyət və tətbiq mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə bilik və peşəkar bacarıqlarının artırılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayaraq təlimin işinə uğurlar arzulayıb, bu cür tədris tədbirlərinin təşkilinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





