Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş ərazilərdə qadın sahibkarlığının inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan ilk qadın kooperativi – "Çiçək" İstehsal-İstehlak Qadın Kooperativi Zəngilan rayonunun Ağalı kəndində keçirilən təqdimat mərasimi ilə fəaliyyətə başlayıb.

Tədbir Azərbaycan Kənd Qadınları Assosiasiyasının həyata keçirdiyi "Aqrosahibkar qadınlarla iş" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, kənd təsərrüfatı mütəxəssisləri, Beyləqan və Füzuli rayonlarında fəaliyyət göstərən Qadın Qruplarının nümayəndələri, sahibkarlar və Ağalı kəndinin sakinləri iştirak ediblər.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qadın kooperativlərinin yaradılması yalnız yeni biznes subyektinin formalaşdırılması deyil, eyni zamanda, bölgənin sosial-iqtisadi dirçəlişinə və qadınların iqtisadi fəallığının artırılmasına xidmət edən strateji təşəbbüsdür: "Biz qadınlara hazır vəsait deyil, dayanıqlı inkişaf imkanı təqdim edirik. Kooperativ modeli qadınların bilik və bacarıqlarını birləşdirərək onların bazara çıxışını gücləndirir, ailə gəlirlərini artırır və kənd icmalarında yeni iqtisadi münasibətlər formalaşdırır. Ağalıda yaradılan bu kooperativ Şərqi Zəngəzur üçün yeni inkişaf modelinin başlanğıcıdır".

Bildirilib ki, "Çiçək" İstehsal-İstehlak Qadın Kooperativi Ağalı kəndində yaşayan 5 gənc qadının təsisçilik təşəbbüsü ilə yaradılıb və hazırda 25 qadını öz ətrafında birləşdirir. Kooperativin fəaliyyət istiqamətlərinə meyvə və tərəvəz məhsullarının emalı, meyvələrin qurudulması, ev şəraitində qənnadı məhsullarının hazırlanması, kənd turizmi xidmətləri, ev yeməklərinin hazırlanması, cücələrin yetişdirilməsi və bağ məhsullarının istehsalı daxildir.

Kooperativin sədri Çiçək Gəraylı bildirib ki, məqsəd yalnız məhsul istehsal etmək deyil, Ağalı brendini formalaşdırmaq, yerli məhsulları yeni bazarlara çıxarmaq və qadınların iqtisadi müstəqilliyini gücləndirməkdir.

Tədbirin iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Ticarət və Təchizat ASC tərəfindən icra olunan “Aqrar Fəaliyyətli Azərbaycan Qadını” – AFAQ Layihəsinin təqdimatı ilə də tanış olublar. Təqdimat AFAQ Layihəsinin Koordinatoru Əli Orucov tərəfindən həyata keçirilib. Təqdimatçı bildirib ki, layihənin genişləndirilərək Şərqi Zəngəzuru da əhatə etməsi nəzərdə tutulur.

Şərqi Zəngəzurda ilk qadın kooperativinin yaradılması dövlətin işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı məskunlaşmanın təşviqi və qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə vətəndaş cəmiyyətinin verdiyi mühüm töhfələrdən biri kimi qiymətləndirilir. Azərbaycan Kənd Qadınları Assosiasiyası bu təşəbbüsü gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məntəqələrində də davam etdirməyi, qadın kooperativlərinin regional şəbəkəsini formalaşdırmağı hədəfləyir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR