Kassadan 1 milyon dollar oğurlayan Eldara CƏZA VERİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyədə fəaliyyət göstərən şirkətin kassasından 1 milyon ABŞ dollarını mənimsəməkdə təqsirləndirilən Eldar Mamliyevə hökm oxunub.

Hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə verilən hökmə əsasən, Eldar Mamliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq  ki, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək İstanbulda yerləşən "Araz-Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"ndə faktiki kassir kimi çalışıb. Ona qızıl-zinət əşyalarının alqı-satqısı, pul köçürmələri, nağd ödənişlər və şirkətin maliyyə əməliyyatlarına nəzarətlə bağlı geniş səlahiyyətlər verilib.

İstintaqla müəyyən olunub ki, şirkət rəhbərləri Türkiyədən kənarda olduqları vaxt müxtəlif ödənişlərin həyata keçirilməsi üçün kassada saxlanılan ümumilikdə 1 milyon dollar - həmin dövrün məzənnəsi ilə 1,7 milyon manat məbləğində vəsait təqsirləndirilən şəxsə etibar edilib. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-oktyabr aylarında həmin vəsaiti hissə-hissə mənimsəyib. Onun 9780 ABŞ dollarını nağd xərclədiyi, 990 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış iki bank hesabına köçürdüyü müəyyən edilib. Sonradan həmin pullar kartlar vasitəsilə İstanbulda internet platformalarında ödənişli oyunlara və digər şəxsi məqsədlərə sərf olunub. 1 milyon ABŞ dollarının mənimsənildiyi müəyyənləşdirildikdən sonra yalnız 100 min ABŞ dolları geri qaytarılıb, qalan məbləğ isə ödənilməyib.

Araşdırma zamanı təqsirləndirilən şəxsin həyat yoldaşının adına açılmış bank hesablarına qısa müddətdə 1 milyonlarla manat vəsait daxil olduğu, həmin məbləğlərin demək olar ki, tam şəkildə çıxarıldığı da müəyyən edilib. Həmin bank hesablarına dair çıxarışlar və pulun qəbuluna dair qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınıb.

Eldar Mamliyevə Cinayət Məcəlləsinin 12.1, 179.4-cü (Mənimsəmə, Azərbaycan Respublikası ərazisindən kənarda xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.(Lent.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR