Bu ölkədə vəba 200-ə yaxın can aldı, 35 mindən çox yoluxma var

Nigeriyanın şimal-şərq hissəsində yerləşən Borno ştatında yayılan vəba epidemiyası səbəbindən azı 198 nəfər həyatını itirib. Bununla yanaşı, infeksiyaya yoluxanların ümumi sayı 35 min 500 nəfəri ötüb.

Bu barədə "Premium Times" nəşri yerli hakimiyyət orqanlarının və "Sərhədsiz Həkimlər" (MSF) beynəlxalq tibbi təşkilatının rəsmi məlumatlarına əsaslanaraq məlumat yayıb.

May ayının başlanğıcında qeydə alınan epidemiya çərçivəsində MSF iyulun 12-dək vəbaya şübhəli bilinən 24 mindən artıq xəstəyə tibbi xidmət göstərib. Həmin şəxslərin 25 faizindən çoxu xəstəxanaya ağır vəziyyətdə gətirilib. İnfeksiyanın qarşısını almaq məqsədilə təşkilat hazırda 17 oral rehidrasiya məntəqəsi, 5 müalicə şöbəsi və 2 ixtisaslaşmış mərkəzin fəaliyyətinə dəstək verir.

"Sərhədsiz Həkimlər" təşkilatından bildirilib ki, xəstəliyin yayılma sürəti həyata keçirilən qabaqlayıcı tədbirləri üstələməkdə davam edir. Vəziyyətin bu cür kəskinləşməsinə əsas səbəb kimi keyfiyyətli içməli suyun olmaması, qeyri-qənaətbəxş sanitariya şəraiti və insanların tibbi xidmətlərə çıxışının məhdudluğu vurğulanır.

Xatırladaq ki, iyunun ortalarında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Borno ştatı üzrə 12 mindən çox yoluxma və 90 ölüm halı barədə hesabat vermişdi. İyul ayının əvvəllərində isə yerli hökumət MSF-in yaxından iştirakı ilə 2 milyon 600 mindən artıq insanı əhatə edən kütləvi vəba peyvəndi kampaniyasını icra edib.(oxu.az)

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR