Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

Prezident İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim edilməsi tədbiri keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlik sistemində çalışan və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən daha bir qrup əməkdaşın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirib.

O, dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya, Nazirliyin  əməkdaşlarının əməyini yüksək dəyərləndirdiyinə görə minnətdarlığını ifadə edib.

Nazir son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan sosial islahatların nailiyyətlərini, innovativ, rəqəmsal həllərin geniş tətbiqi işlərini, bu islahatların vətəndaş rifahının təminatına xidmət etdiyini qeyd edib. Bildirib ki, Nazirliyin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinə sadiqlik hər birimizin gündəlik fəaliyyət formulu olmalıdır.

Anar Əliyev təltif edilən əməkdaşları bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan dövlət qulluqçuları barədə məlumat verilib,  2018-ci ildən Nazirliyin 158 əməkdaşının ölkə Prezidentinin Sərəncamları ilə dövlət təltiflərinə layiq görüldüyü vurğulanıb.

Təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim edilib. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR