Qəbələ ərazisində arxeoloji araşdırmalar genişləndirilir

Qədim Albaniyanın paytaxtı Qəbələ bu gün tarixlə müasirliyi simvolizə edir. Burada aparılan tədqiqatların, araşdırmaların məqsədi Qəbələnin UNESCO-nun Dünya İrs Siyahısına namizədliyini təsdiqləməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qədim Qəbələ şəhər yerinin Qala hissəsində aparılan arxeoloji tədqiqatların gedişi, aşkar edilmiş şəhər qalıqlarının konservasiyası, eləcə də Qəbələnin UNESCO-nun Dünya İrs Siyahısına namizədliyi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov Qoruq ərazisində mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib.

Professor, tarix elmləri doktoru Qafar Cəbiyev Qəbələ arxeoloji ekspedisiyasının cari ildəki fəaliyyəti, qarşıya qoyulan başlıca hədəflər və gözlənilən elmi nəticələr haqqında danışıb.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji qalıqların konservasiyasının zəruriliyi, bu istiqamətdə mövcud perspektivlər və nəzərdə tutulan fəaliyyət planı ilə bağlı mülahizələrini bildirib.

Tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova isə aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin sənədləşdirilməsi və elmi qeydiyyatının aparılması prosesi barədə məlumat verib.

Müzakirələr zamanı SEBA təşkilatının Qəbələdə tarixi-mədəni irsin tədqiqi, mühafizəsi, konservasiyası və təbliği istiqamətində həyata keçirilən işlərə göstərdiyi hərtərəfli dəstək minnətdarlıqla qeyd olunub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR