40 il Ayı tədqiq edən geoloq insanların orada daimi yaşamasının yolunu izah etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) uzunmüddətli perspektivdə Ayda davamlı insan fəaliyyəti üçün infrastruktur yaratmağı hədəfləyir.

Bu barədə Ay və insanlı kosmik uçuşları 40 ildən artıq araşdıran geoloq Klayv Nil "The Independent" nəşrində dərc olunan məqaləsində yazıb.

Alimin sözlərinə görə, "Artemis II" missiyası Ay ətrafında pilotlu uçuş həyata keçirdikdən sonra proqramın növbəti mərhələlərinə keçid üçün mühüm zəmin formalaşacaq.

Məqalədə qeyd olunur ki, əsas məqsəd insanların Marsa yollanmadan əvvəl Yer orbitindən kənarda yaşamağı və səmərəli işləməyi öyrənməsidir. Klayv Nil bunu 1968-ci ildə "Apollo 8" missiyasının Ay ətrafında ilk pilotlu uçuşu ilə müqayisə edərək, "Artemis II" missiyasını yeni nəsil üçün "Artemis anı" adlandırıb.

Mövcud planlara əsasən, qarşıdakı illərdə Aya çoxsaylı orbital və eniş missiyalarının həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə missiyaların əksəriyyəti pilotsuz və robotlaşdırılmış olacaq, sonrakı mərhələdə isə pilotlu enişlərin intensivləşdirilməsi planlaşdırılır.

Geoloqun fikrincə, Ayda baza yaratmaq ayrı-ayrı ekspedisiyalar təşkil etməkdən qat-qat mürəkkəb vəzifədir. Bunun üçün NASA yanaşmasını dəyişməli, hər dəfə fərqli ərazilərə enmək əvəzinə eyni məkana qayıdaraq əvvəlki missiyaların nəticələri üzərində inkişaf etməlidir.

Baza üçün uyğun ərazi bir sıra vacib meyarlara cavab verməlidir. Buraya təhlükəsiz eniş və qalxış üçün düz relyef, gələcək genişlənmə imkanları, etibarlı enerji təminatı və yaxınlıqda su buzunun mövcudluğu daxildir. Su həm ekipajın həyat təminatı, həm də raket yanacağının istehsalı üçün əsas resurs hesab olunur.

Klayv Nil qeyd edir ki, Ay yalnız gələcək kosmik missiyalar üçün dayaq nöqtəsi deyil, həm də iqtisadi baxımdan qiymətli resurs mənbəyi kimi maraq doğurur.

Bunlardan biri Yerdə nadir rast gəlinən, lakin Ay reqolitində daha çox olduğu ehtimal edilən helium-3 izotopudur. Onun kvant kompüterlərinin soyudulmasında, eləcə də gələcəkdə termonüvə energetikasında yanacaq kimi istifadə perspektivi araşdırılır.

Bundan əlavə, orbital müşahidələr Ay səthində elektronika, təmiz enerji texnologiyaları və digər yüksək texnologiyalı sənaye sahələri üçün əhəmiyyətli olan bəzi faydalı qazıntıların mövcud ola biləcəyini göstərir.

Bununla belə, alim vurğulayır ki, bu ehtiyatların həcmi və onların hasilatının iqtisadi cəhətdən səmərəli olub-olmaması hələ məlum deyil. Gələcək tədqiqatlar yataqların tərkibini öyrənməli və Ay şəraitinə uyğun hasilat texnologiyalarını hazırlamalıdır.

Məqalədə həmçinin bildirilir ki, Ay üçün hazırlanacaq texnologiyalar gələcəkdə Yer üçün də faydalı ola bilər. Xüsusilə tullantıların qapalı dövriyyə ilə emalı və sudan minimum istifadə etməklə faydalı qazıntıların çıxarılması kimi həllər mədən sənayesinin ekoloji təsirinin azaldılmasına kömək edə bilər.

Geoloq xatırladır ki, vaxtilə "Apollo" proqramı çərçivəsində hazırlanmış bir sıra texnologiyalar sonradan mülki sənayedə də geniş tətbiq olunub. Onun sözlərinə görə, kosmik proqramların yaratdığı texnoloji yeniliklər gündəlik həyatda istifadə olunan məhsulların inkişafına da mühüm töhfə verib.(Qaynarinfo)

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR