Sükanı siyasətdən BYD-yə çevirdi

Macarıstanın sabiq xarici işlər naziri Peter Siyyarto deputat mandatından imtina edərək Çinin nəhəng avtomobil şirkəti BYD-də rəhbər vəzifəyə keçmək qərarına gəlib.

Bu barədə eks-nazir özünün “Facebook” hesabında məlumat paylaşıb.

“Deputat mandatımdan imtina etməklə bağlı ərizəmi təqdim etdim”, – deyə Siyyarto yazıb.

Sabiq nazirin sözlərinə görə, o, dünya iqtisadiyyatının aparıcı şirkətlərindən birindən “son dərəcə fəxri” təklif alıb. Siyyarto bu gündən etibarən BYD şirkətində fəaliyyətə başlayacağını elan edib. O, yeni iş yerində xarici əlaqələr və yeni biznes istiqamətlərinin inkişafına cavabdeh olacaq.

Qeyd edək ki, P. Siyyarto 2014-cü ilin sentyabrından Macarıstan XİN-ə rəhbərlik edirdi. Baş nazir Viktor Orbanın “FİDES – Macarıstan Alyansı” partiyasının 2026-cı ilin aprelində keçirilən seçkilərdə məğlubiyyətindən sonra o, parlamentdəki yerini qorumuş və yeddinci dəfə deputat mandatı qazanmışdı.

Məlumat üçün bildirək ki, BYD (Build Your Dreams – “Arzunu qur”) baş qərargahı Şençjendə yerləşən Çin çoxsahəli konqlomeratıdır. Şirkət elektromobil, akkumulyator və “yaşıl” texnologiyalar istehsalı sahəsində dünya liderlərindən biri hesab olunur.(qafqazinfo)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR