Qurban Qurbanov: Sanki Çempionlar Liqasının oyununda idik

Sanki Çempionlar Liqasının oyununda idik. Stadion tam dolmuşdu. Buna görə azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyi bizə əlavə motivasiya verdi.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bugünkü qələbənin vacibliyini vurğulayıb: “Gərgin matç keçdi. Bəzi futbolçuların hazırlıq səviyyəsi digərlərindən fərqlənirdi. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Rəqib bizi çox yaxşı analiz etmişdi. Hesab nə qədər üstün olsa da, bu, cavab oyununa daha ciddi hazırlaşmalı olduğumuzu göstərir. Daha məsuliyyətli olmalıyıq”.

Qurban Qurbanov Montielin oyunda iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: “Müəyyən səbəblərdən heyətdə yer almadı. Bu, zədə ilə bağlı deyildi. Ola bilər ki, qarşıdakı matçlarda digər futbolçularımız da kənarda qalsınlar”.

Baş məşqçi gənc futbolçu Əli Bəşirovun çıxışını da dəyərləndirib: “Çalışırıq ki, onu indidən bu atmosferə alışdıraq. İstedadlı futbolçudur. Oynamasa da, belə oyunların ab-havasını hiss etməsi onun üçün böyük təcrübədir. İnkişafına töhfə vermək bizim üçün də sevindiricidir. Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Gələcəyi üçün faydalı təklif olarsa, maneə olmayacağıq”.

Qurbanov Elvin Cəfərquliyevin transfer ehtimalı barədə də danışıb: “Elvin Cəfərquliyevin başqa kluba transferi baş tutsaydı, buna etiraz etməzdik. Amma hər bir halda qayda-qanun var. Lazım gəldikdə sərt qərarlar da verməliyik. Onunla bir neçə görüşümüz oldu və yenidən komandaya qayıtdı”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR