"Vəsiyyət edirəm, məni teatrın qarşısından son mənzilə yola salın"

Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrına qayıtmaq istəyir. 

Aktrisa bununla bağlı məlumat yayıb. O bildirib ki, tək çalışmaq istədiyi yer AzDrama-dır. M.Xanlarova bununla bağlı teatra və Məfəniyyət Nazirliyinə müraciət etdiyini, amma müsbət cavab ala bilmədiyini əlavə edib.

Aktrisa vəsiyyətini yazaraq, başqa teatrda çalışmayacağını bildirib:

"Bir sənətkarın taleyi cəmiyyətin vicdan sınağıdır... Mən ömrümün ən gözəl illərini Azərbaycan teatrına, tamaşaçısına həsr etmiş bir sənətkaram. Səhnədə qazandığım alqışlar mənim ən böyük sərvətim olub. Heç vaxt düşünməzdim ki, həyatımın bu çağında haqqımı tələb etmək üçün qapılar döyməyə məcbur qalacağam...

Cənab nazir (mədəniyyət naziri Adil Kərimli - red.), məni illərimi verdiyim, hər daşına, hər küncünə bələd olduğum doğma teatrımdan ayırıb niyə başqa yerə göndərmək istəyirsiniz?! İnsan doğma evindən necə didərgin salınar? Niyə? Tamaşaçılarım, sevənlərim hər gün soruşur, mən də bilmirəm... Sizdən soruşuram. Niyə? Məni nəyə, kimə qurban verirsiniz? Ruhumu hara qoyub gedim?! O səhnənin hər zərrəsində mənim izim var! Əziz tamaşaçılarım, nə zamansa bu dünyadan köçəndə sizə vəsiyyət edirəm: məni ömrümü həsr etdiyim doğma teatrımın önündən son mənzilə yola salarsınız".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR