SOCAR-ın nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Naxçıvanda səfərdə olan SOCAR-ın nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

SOCAR nümayəndə heyətinin tərkibinə vitse-prezident Ziba Mustafayeva, Kommunikasiya məsələləri üzrə icraçı direktor Aygün Hüseynova, Aparat rəhbəri Hafiz Zeynalov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və digər şəxslər daxildirlər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib, birgə layihələrin nəticələri, təlimlərin, seminarların və sertifikat proqramlarının təşkili məsələləri müzakirə olunub. Bu xüsusda, tərəflər arasında üç il əvvəl imzalanan əməkdaşlıq müqaviləsində nəzərdə tutulan istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğu və layihələrin uğurla icra edildiyi bildirilib. SOCAR və BANM-in təşəbbüslərinin universitetin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı tərəflər, həmçinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə imkanlarının genişləndirilməsi, mühəndislik istiqamətləri üzrə peşəkar hazırlıq proqramlarının təşkili və akademik mübadilə proqramlarına dair fikir mübadiləsi aparıblar. Bu istiqamətdə SOCAR-ın həyata keçirdiyi Gənc İstedadlar Proqramının universitet tələbələri üçün yaratdığı inkişaf imkanları və onların gələcəkdə SOCAR-da, xüsusilə SOCAR-ın Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən struktur qurumlarında təcrübə proqramlarına cəlb olunma perspektivləri barədə məlumat verilib.

Daha sonra SOCAR nümayəndə heyəti Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub.

Universitetin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında formalaşan tərəfdaşlığın təhsil və elm sahəsində əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaratdığı bildirilib. Çıxışlarda tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsi, beynəlxalq təcrübənin paylaşılması və gələcək əməkdaşlıq istiqamətlərinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil olunan təlim proqramını uğurla başa vuran Naxçıvan Dövlət Universitetinin “İnformasiya təhlükəsizliyi” ixtisası tələbələrinə sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində “Tomas Qolts: Neft Odisseyası” sənədli filmi nümayiş olunub.

Sonda xatirə fotosu çəkdirilib.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR