Haluk Levent üzr istədi: "Məni bağışlayın"

Türkiyənin tanınmış müğənnisi və "Ahbap" dərnəyinin qurucusu Haluk Levent qarşılıqsız çıxan iki çeklə bağlı məhkəmə qərarından sonra açıqlama verib.

2025-ci ildə tərtib edilən iki çekin qarşılıqsız çıxması səbəbindən məhkəmə Leventə ümumilikdə 70 milyon TL məbləğində cərimə tətbiq edib. Bundan əlavə, onun yeni çek yazması və çek hesabı açması da qadağan edilib.

Sosial şəbəkə hesabında paylaşım edən sənətçi yayılan xəbərlərin doğru olduğunu təsdiqləyərək bildirib ki, çeklə bağlı ödənişlərin hissə-hissə həyata keçirilməsi üçün vəsatəti öz vəkilləri verib.

“Bu çeklə bağlı taksit qərarının çıxmasını vəkilimiz istədi. Ödənişlər 24 ay ərzində həyata keçiriləcək, ortada problem yoxdur. 25 ildən sonra yenidən çek mövzusu ilə gündəmə gəldim. Məni bağışlayın”, – deyə Haluk Levent qeyd edib.

Bildirilib ki, qərardan apellyasiya şikayəti veriləcək. Qərar yuxarı instansiya tərəfindən təsdiqlənərsə, cərimə qüvvəyə minəcək.(Musavat.com)

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR