Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının sədr müavini Thun Vathana ilə görüşüb.

Milli Məclisdən verilən məlumata görə, görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin dərinləşməsində parlamentlərin rolu qeyd olunub. Milli Məclisin sədri Sahibə Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Həmçinin deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil edilən tədbirlərdə iştirakı qeyd edilib. Spiker beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Thun Vathana Kamboca Krallığı Senatının sədri Hun Senin salamlarını Milli Məclisin sədrinə çatdırıb. Spiker Sahibə Qafarova onun da salamlarını Senatın sədrinə çatdırmağı xahiş edib.

Qonaq ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığının rolunu qeyd edib.

Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada keçirəcəyi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə həyata keçirildiyi qeyd olunaraq, ölkələrimizin siyasi partiyaları arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib. Spiker Sahibə Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında qonağa məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR