Kredit borcu olan əsgərlərə güzəşt varmı?

Hərbi xidmətə gedən, xəstə olan və ya xəstəxanada yatan şəxslər üçün kreditlərlə bağlı qanunvericilikdə hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Kredit ödənişlərinin dondurulması, faizlərin və ya cərimələrin hesablanmasının dayandırılması, ödəniş müddətinin avtomatik uzadılması kimi mexanizmlər mövcud deyil.

Gazette.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan vətəndaşların kredit öhdəlikləri barədə danışarkən deyib.

"Adətən belə hallarda banklar tənqid olunur. Amma nəzərə almaq lazımdır ki, bank öz pulunu kredit vermir. Bank əmanətçilərdən vəsait cəlb edir və həmin vəsaitə görə faiz ödəyir. Əgər qanunla bankların üzərinə kreditlərin dondurulması və ya ödənişlərin dayandırılması öhdəliyi qoyulsa, bu, maliyyə sektorunda əlavə problemlər yarada bilər.

Banklar istəsələr, fərdi qaydada müştərilərinə güzəşt tətbiq edə bilərlər. Vətəndaş banka müraciət edə bilər və bank da vəziyyəti nəzərə alaraq müəyyən güzəştlər edə bilər. Bu, tamamilə könüllü xarakter daşıyır", - o bildirib.

Ə.Həsənov hesab edir ki, problemin həlli üçün dövlət mexanizmi yaradılması daha məqsədəuyğun olardı:

"Məncə, qanunvericilikdə elə bir mexanizm nəzərdə tutula bilər ki, hərbi xidmətə çağırılan və ya müəyyən səbəbdən gəlir əldə edə bilməyən şəxslərin kredit ödənişlərini müvəqqəti olaraq dövlət qarşılaya bilsin. Həmin şəxs xidmətini başa vurduqdan və ya normal həyatına qayıtdıqdan sonra isə bu vəsaiti dövlətə geri ödəsin. Belə bir yanaşma daha məntiqli olardı. Çünki vətəndaşı hərbi xidmətə dövlət çağırır və onun maliyyə öhdəlikləri də nəzərə alınmalıdır. Hazırda belə bir hüquqi mexanizm yoxdur. Bank özəl sahibkardır və xeyriyyə fondu deyil. Ona görə də bütün yükün bankların üzərinə qoyulması düzgün yanaşma sayılmaz".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR