Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyətinə dair tələblərin pozulmasına görə cərimələrin müəyyənləşdirilməsi təklif olunur.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda nəzərdə tutulan məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməməsi, təqdimat müddətinin pozulması və ya natamam və təhrif olunmuş məlumatların verilməsi hallarında vəzifəli şəxslər 6,000-7,000 manat, hüquqi şəxslər isə 15,000-20,000 manat məbləğində cərimə oluna bilər.

Sənədə görə, səlahiyyətli dövlət qurumunun yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarına göndərdiyi sorğuların beş iş günü ərzində cavablandırılmaması və ya natamam, təhrif olunmuş məlumatların təqdim edilməsi hallarında vəzifəli şəxslər üçün 7,000-8,000 manat, hüquqi şəxslər üçün isə 25,000-30,000 manat məbləğində cərimə nəzərdə tutulur.
Qanun layihəsində həmçinin platformalarda təhlükəsizlik və yaşın yoxlanılması tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edilir. Bu pozuntular sırasına yaşın təsdiqlənməsi üçün tələb olunan texniki üsulların tətbiq edilməməsi, 16-18 yaş arası istifadəçilər üçün nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin təmin olunmaması, zərərli məzmunun yayılmasının qarşısını alan rəqəmsal həllərin tətbiq edilməməsi, eləcə də yetkinlik yaşına çatmayan istifadəçilərin məlumatlarının qanunvericiliyə zidd şəkildə saxlanılması və ya istifadəsi daxildir.
Belə hallara görə vəzifəli şəxslərin 8,000-9,000 manat, hüquqi şəxslərin isə 35,000-40,000 manat məbləğində cərimələnməsi təklif olunur.

Layihəyə əsasən, bu pozuntuların inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilməsi vəzifəli şəxslər üçün 9,000-10,000 manat, hüquqi şəxslər üçün isə 45,000-50,000 manat məbləğində cərimə ilə nəticələnə bilər.

Qanun qəbul ediləcəyi təqdirdə, rəsmi dərc olunduğu tarixdən 12 ay sonra qüvvəyə minəcək.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR