Süni intellektə görə şirkət 8 min işçini ixtisar edir

"JPMorgan Chase"in investisiya bankçılığı bölməsinin rəhbərlərindən olan Kevin Brunner süni intellektin artıq “şişirdilmiş gözləntilər” mərhələsindən çıxaraq real tətbiq dövrünə keçdiyini bildirib.

O, bu barədə "Bloomberg" nəşrinə danışıb.

Onun sözlərinə görə, süni intellekt artıq gələcəyin texnologiyası deyil və biznes proseslərinə birbaşa təsir göstərməyə başlayıb.

Brunner qeyd edib ki, banklar və iri şirkətlər əməliyyatların avtomatlaşdırılması üçün AI texnologiyalarını sürətlə tətbiq edir. Bu çərçivədə Standard Chartered növbəti dörd il ərzində təxminən 8 min yardımçı vəzifəni ixtisar etməyi planlaşdırır. Bildirilir ki, bu proses qismən süni intellektin tətbiqi hesabına həyata keçiriləcək.

"JPMorgan" rəsmisinin fikrincə, süni intellekt yaxın illərdə böyük satınalma və birləşmələrdə, eləcə də bazardakı dəyişikliklərdə əsas amillərdən birinə çevriləcək. O hesab edir ki, AI müxtəlif sahələrdə qalibləri və uduzanları müəyyən edəcək əsas faktor olacaq. (modern.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR