Ceki Çan Azərbaycana gəlir

Dünyaşöhrətli aktyor Ceki Çan "Tanrının yaraqları 4: Ultimatum" filmini Qazaxıstan və Azərbaycanda çəkəcək.

Bu barədə "Variety" məlumat verir.

Bu, aktyorun Orta Asiyada çəkilən ilk layihəsi olacaq. Çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq və dünya premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.

Layihənin rejissor kürsüsündə əvvəllər "Gecə növbətçisi", "Xüsusilə təhlükəli" və "Major Grom" kimi filmlər üzərində işləmiş Robert Kun əyləşəcək.

Filmin yeni seriyası "Asiya şahini" ləqəbli Çanın macəralarını davam etdirəcək. Ssenariyə əsasən, baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir mübarizəyə qoşulacaq.

Sözügedən kino layihəsi Qazaxıstanın "Salem Entertainment" şirkəti tərəfindən, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan "Alem" Fondunun dəstəyi ilə ərsəyə gətirilir.

Xatırladaq ki, daha əvvəl filmin bəzi səhnələrinin Özbəkistanda lentə alınması ehtimalı da müzakirə mövzusu olmuşdu. 2025-ci ilin dekabrında "Salem Entertainment" şirkətinin nümayəndələri həmin ölkəni potensial çəkiliş məkanı kimi qiymətləndirmişdilər. (oxu.az)

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR