Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR

2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində hansı  dəyişikliklərin ediləcəyinin detalları açıqlanıb.

Gazette.az "Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə məlumat verib.

O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

Bildirilib ki, yazı bacarığının yoxlanılması zamanı şagirdlərdən verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etmələri tələb olunacaq.

Qeyd edək ki, əvvəlki – 2019–2026-cı illəri əhatə edən modeldə imtahan 30 tapşırıqdan ibarət idi. Həmin modeldə 23 qapalı, 7 açıq tipli sual yer alırdı. Dinləyib-anlama bölməsi 6, oxuyub-anlama 8, qrammatika isə 16 tapşırıqdan ibarət olurdu. Yazı bacarığı isə açıq suallar əsasında qiymətləndirilirdi.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR