Xroniki xəstəliklər üçün Ramazan orucu ciddi risk yarada bilər

Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xroniki xəstəliklər üçün ciddi risk yarada bilər.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, şəkərli diabetin, xüsusilə, insulinlə müalicə olunan formaları risk qrupuna daxildir. “Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oruc təhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterial hipertenziyanın oruc zamanı ağırlaşması mümkündür. Çünki ürək çatışmazlığı olan xəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə, yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürək ritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problem yarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmiş mərhələdə olan xəstələr üçün risklidir”.

Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oruc tutmamalıdırlar. Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolik problemlərə səbəb olur: “Aktiv hepatitlər zamanı oruc vəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasının aktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində də bu zaman şikayətlər artır. Bronxial astmanın ağır formalarında oruc tutmaq müəyyən problemlər yaradır. Xroniki ağciyər xəstəliyi olan və oksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlı olmalıdırlar”.

Nahid Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərman qəbulunun gecikməsi tutmaları artıra bilər: “Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozula bilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərar verilməlidir. Anemiyası olan insanlarda oruc tutan zaman başgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xroniki xəstəliyi olan qadınlar risk altındadırlar. Bu səbəbdən hər bir xroniki xəstə üçün oruc tutmaq fərdi şəkildə qiymətləndirilməlidir”.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR