Baku TV 8 yaşını qeyd edir

Global Media Group-un üzvü olan Baku TV 8 illik fəaliyyətini qeyd edir.

Gazette.az  xəbər verir ki, 2018-ci ildən etibarən operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərini əsas götürən kanal qısa müddətdə ölkənin aparıcı media platformalarından birinə çevrilib.

Səkkiz il ərzində Baku TV informasiya məkanında etibarlı və dinamik xəbər mənbəyi kimi mövqeyini formalaşdırıb. Kanal gündəlik xəbər axını ilə yanaşı, analitik proqramlar, xüsusi reportajlar və sənədli layihələrlə ictimai əhəmiyyətli mövzuların peşəkar şəkildə işıqlandırılmasını təmin edir.

Baku TV fəaliyyətini beynəlxalq idarəetmə standartlarına uyğun şəkildə qurur və ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tələblərə uyğun olaraq idarə olunur.

Kanal beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsinə xüsusi önəm verir. Müxtəlif ölkələrin aparıcı media qurumları ilə qurulan tərəfdaşlıqlar informasiya mübadiləsinin genişlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradır.

Media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları dövlət təltiflərinə layiq görülüb.

Yaradıcı istehsalat istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Baku TV-nin istehsalı olan sənədli layihələr beynəlxalq və yerli kino platformalarında mükafatlara layiq görülüb.

Sosial məsuliyyət və dayanıqlı inkişaf Baku TV-nin fəaliyyət strategiyasında xüsusi yer tutur. Kanal müxtəlif sosial və ekoloji təşəbbüslərlə ictimai layihələrdə fəal iştirak edir.

Rəqəmsal platformalar üzrə göstəricilər, o cümlədən YouTube kanalında ümumi baxış sayının 1 milyardı ötərək abunəçi sayının 2 milyon 500 000-dən artıq olması Baku TV-nin geniş auditoriya əhatəsi və sabit inkişaf dinamikası ilə xarakterizə olunur.

Baku TV rəqəmsal platformalarla yanaşı, kabel və peyk yayımı vasitəsilə də geniş auditoriya üçün əlçatandır. Kanal müxtəlif kabel şəbəkələri və peyk platformaları üzərindən yayımlanaraq Avropa və Asiya ərazisində fasiləsiz informasiya axınını təmin edir.

Səkkiz illik inkişaf yolu ərzində formalaşmış güclü komanda və beynəlxalq standartlara əsaslanan idarəetmə modeli Baku TV-nin fəaliyyət strategiyasının əsasını təşkil edir.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR