Gələcəyə hesablanmış strateji əməkdaşlıq - ŞƏRH

Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan və ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edən mühüm siyasi sənəddir.

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edən mühüm siyasi sənəddir.

Bu Xartiya Azərbaycan–ABŞ əlaqələrinin artıq təkcə əməkdaşlıq çərçivəsində deyil, sistemli və uzunmüddətli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsini təsbit edir. Sənəd qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipinə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanır.

Xartiyanın əsas mahiyyəti iki dövlət arasında siyasi dialoqun daha da intensivləşdirilməsi və əməkdaşlığın institusional mexanizmlər əsasında genişləndirilməsidir. Sənəd çərçivəsində tərəflər mütəmadi yüksək səviyyəli görüşlərin keçirilməsi, işçi qruplarının fəaliyyəti və konkret fəaliyyət planlarının hazırlanması barədə razılığa gəlirlər. Bu isə münasibətlərin davamlı və nəticəyönümlü inkişafına zəmin yaradır. Strateji Tərəfdaşlıq haqqında Xartiyada təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və ABŞ beynəlxalq terrorizmə, transmilli təhdidlərə və regional sabitliyi pozan amillərə qarşı birgə fəaliyyətin vacibliyini vurğulayırlar. Məlum olduğu kimi Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak edən etibarlı tərəfdaş kimi çıxış etmiş və bu sahədə ABŞ ilə əməkdaşlığın genişləndirilməsi həm regional, həm də qlobal sabitliyə töhfə vermişdir. Müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Xartiyanın mühüm istiqamətlərindəndir. Bundan əlavə qeyd edə bilərik ki, enerji təhlükəsizliyi sənədin əsas sütunlarından biridir. Azərbaycan bu gün beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir və Avropanın enerji şaxələndirilməsi siyasətində mühüm rol oynayır.

Xartiya enerji resurslarının təhlükəsiz və dayanıqlı təchizatının təmin olunması, alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi istiqamətlərində qarşılıqlı fəaliyyət nəzərdə tutur. ABŞ ilə bu sahədə strateji əməkdaşlıq qlobal enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilir. Nəqliyyat və logistika bağlantıları da Xartiyada əks olunan əsas istiqamətlərdəndir. Bu gün Azərbaycan regionda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Yeni beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, multimodal daşımaların təşviqi və region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi strateji tərəfdaşlığın prioritetlərindəndir. Bu təşəbbüslər regionda sabitliyin və iqtisadi rifahın möhkəmləndirilməsinə xidmət edir. Xartiya eyni zamanda iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyəti, yüksək texnologiyalar, rəqəmsal transformasiya, innovasiya və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal infrastruktur və startap ekosisteminin inkişafı kimi sahələr gələcək əməkdaşlığın perspektivli istiqamətləri kimi müəyyən edilir. Humanitar və təhsil sahəsində əməkdaşlıq da Xartiyanın vacib komponentidir. Akademik mübadilə proqramları, elm və tədqiqat sahəsində tərəfdaşlıq, mədəniyyətlərarası dialoqun təşviqi iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu istiqamət strateji tərəfdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də ictimai və humanitar ölçüsünü tamamlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişafı üçün aydın yol xəritəsi rolunu oynayır. Bu sənəd qarşılıqlı etimadın, siyasi iradənin və uzunmüddətli əməkdaşlıq baxışının təzahürüdür. Beləliklə, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya təkcə diplomatik sənəd deyil, həm də gələcəyə hesablanmış strateji əməkdaşlıq platformasıdır.

Gülnaz Abadova
Neftçala rayonu

 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR