“iPhone 20” gəlir - Tam şüşədən olacaq

“Apple” şirkəti “iPhone”un 20 illiyini qeyd etmək üçün 2027-ci ildə böyük yeniliklərlə gələcək xüsusi bir model təqdim etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, gözlənilən “iPhone 20” modeli tam şüşədən hazırlanacaq və fiziki düymələrdən məhrum olacaq.

“iPhone 20” tam şüşədən ola bilər və düymələr olmayacaq. Ön kameranın ekran altına yerləşdiriləcəyi ilə bağlı məlumatlar ziddiyyətlidir. Gələn ilin sentyabrında təqdim edilə bilər. Hələlik qiymət barədə heç bir məlumat açıqlanmayıb.

Bildirilir ki, “Apple” “iPhone”un dizaynını 2027-ci ildə kökündən dəyişməyi planlaşdırır. Belə ki, “iPhone 20”son dərəcə mürəkkəb” dizayna malik olacaq.

Qeyd edilir ki, sözügedən “iPhone” modeli fiziki düymələrdən məhrum olacaq. Güc, səs, “Action” və kamera düymələri cihazın çərçivəsinə inteqrasiya ediləcək. Hətta yüngül və daha sərt basmalar fərqli funksiyaları aktivləşdirə biləcək.

“Apple” ekran kəsiklərini tamamilə aradan qaldırmağı planlaşdırır. 2026 və 2027 modellərində Face ID komponentləri ekranın şəffaf sahəsi altında yerləşəcək və daha kiçik “notch” görünüşü təmin ediləcək.

“iPhone 20”nin ön hissəsində daha parlaq və incə OLED panel olacaq. “Apple” “Samsung” OLED ekranını “Color Filter on Encapsulation” texnologiyası ilə istifadə edə bilər ki, bu da ekranı daha incə, daha parlaq və enerji sərfiyyatını azaldır.

“iPhone 20” 2nm çip texnologiyası ilə gələcək və “Mobile High Bandwidth Memory” RAM ilə siqnal ötürmə sürətini artıracaq. Model “Apple”ın ilk silikon batareyasını təqdim edə bilər ki, bu da daha yüksək enerji sıxlığı ilə daha böyük batareya tutumuna imkan verir.

Ön kamera performansı isə əsas diqqət mərkəzində olacaq. “iPhone”un ön kameraları “FaceTime” və digər videozənglər üçün yüksək keyfiyyət təmin etməlidir.

20 illik yubiley modelinin “iPhone Pro Max” ilə oxşar səviyyədə olacağı gözlənilir.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR