"Etiraf edirəm ki, həyatdan doymamışam"

"Əqrəblər bəzən insana hər anın qədrini, dəyərini göstərir. Gözüm saatın əqrəblərindədir. Bu da yeni gün, yeni saat. Ayın son günü, yəni mənim doğulduğum gün. Anam deyirdi ki, mən doğulan gün hava yaman soyuq olub. Amma mənim isti əllərim ona bu soyuqluğu unutdurub. Hətta mən çox az ağlamışam".

Ölkə.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.

49 yaşını tamamlayan Hacı Nuran arzularını və xatirələrini izləyiciləri ilə bölüşüb:

"Anam deyərdi ki, sən həyata gülə-gülə gəldin. Bəlkə də mənim gələcək həyatımın heç də hamar olmayacağını hələ doğulan kimi hiss edib, istehzamı bildirmişəm. Demək istəmişəm ki, həyat məni ağlatsa da, güləcəyəm. Çünki bu zalım dünyaya yalnız gülümsəyərək ayaqda qalmaq mümkündür. Necə ki, mən də bütün bu illər ərzində yaşadığım bu 49 illik ömürdə ayaqda qalmağa çalışdım. Sözsüz ki, məni sevənlərin, dostların, doğmaların duası, alqışı ilə. Məni mən edənlərə, yaşadanlara o qədər minnətdaram ki. Hər gün bu minnətdarlığım bir az da artır.

Çünki mən hər günün deyil, hər anın dəyərini, dadını bilənlərdənəm. Həyatdan doymamışam, etiraf edirəm. Pessimist də deyiləm. Çünki mənim buna haqqım yoxdur. Axı mən mənə dəyər verənləri, məni sevənləri çox sevirəm. Və hər an bir söz deyirəm: yaxşı ki varsız, mənim dəyərlilərim. Məni bu yaşa qədər ruhdan düşməyə qoymayan, yaşadan və sevən sizlərə bir ömür boyu minnətdaram. Xoş gəldin 49. Üzü 50-yə gedirik".

SON XƏBƏRLƏR

Yeni fişinq kampaniyası aşkarlanıb

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçib

Ayda ərzağa bu qədər pul xərcləyirik - RƏQƏMLƏR

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

Ombudsman Aparatında görüş keçirilib

AQTA-da tələbələr istehsalat təcrübəsi keçib

“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Payızın ən faydalı meyvəsidir

Şirniyyatdan kökələnlər oxusun

ATU əməkdaşlarının layihəsi “Əsas Qrant Müsabiqəsi – 2026”-nın qalibi olub

Zaur Mikayılov səfirlə görüşdü

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib

ETSN-də qanvermə aksiyası keçirilib

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

BÜTÜN XƏBƏRLƏR