Qəribə xəstəlik: Bu iki kəndin əhalisi küçənin ortasında anidən yuxuya gedir

Qazaxıstanın şimalındakı iki kiçik kənddə insanlar illərdir qeyri-adi şəkildə yuxu xəstəliyindən əziyyət çəkib.

Ölkə.Az “Sabah” qəzetinə isinadla xəbər verir ki, bu xəstəlik 2013-cü ilin mart ayından bəri Kalaçi və Krasnoqorsk iki kəndində müşahidə edilib.

Yuxu xəstəliyi ümumi əhalisi 810 nəfər olan bölgədə 140-dan çox insana təsir edib.

Xəstəlikdən əziyyət çəkən insanlar yeriyərkən, danışarkən və ya hətta dərs zamanı qəfil yuxuya gedirdilər. Bəzi hallarda yuxu müddəti altı günə qədər çəkib.
Oyandıqdan sonra xəstələrdə yaddaş itkisi, şiddətli halsızlıq, baş ağrısı, başgicəllənmə kimi simptomlar üzə çıxıb. Bəzi kəndlilər bunu altı dəfədən çox yaşayıblar.

2014-cü ildə aparılan bir araşdırmada bir rəsminin açıqlamasında  deyilir: “Xəstə şüurlu görünür, hətta gəzə bilir. Lakin qısa müddət sonra dərin yuxuya gedirlər. Oyandıqda isə heç nə xatırlamırlar”.
Xəstəlik hər kəsə, gənclərə və qocalara təsirsiz ötüşməyib. Uşaqlar dərs vaxtı dərin yuxuya gedir, bəziləri dəhşətli halüsinasiyalar yaşadıqlarını bildiriblər. 

Səlahiyyətlilər, araşdırmalardan sonra alimlərin xəstəliyin mənbəyini müəyyən etdiklərini açıqlayıblar.

Hadisələr yalnız insanlarla məhdudlaşmırdı. Kənd sakini Yelena Javoronkova pişiyinin birdən qəribə davranmağa başladığını deyib: 

“Birdən aqressivləşdi, divarlara və mebellərə hücum etdi. Səhər yuxuya getdi və günortaya qədər insan kimi xoruldadı. Heç nəyə, hətta yeməyə belə reaksiya vermədi”.

Səhiyyə qrupları əvvəlcə zəhərlənmədən şübhələnsə də, yoluxma halları artdıqca bu ehtimal istisna edilib. Səlahiyyətlilər xəstəliyi uzun müddət "səbəbi bilinməyən ensefalopatiya" kimi qeydə alıblar.

Vəziyyətin yaranma səbəbinin ərazidəki uran mədənləri olduğu düşünülürdü, lakin ölçmələr zamanı yüksək səviyyədə radiasiya və ya ağır metal aşkar edilməyib.
Hətta yuxu pozğunluğu üzrə mütəxəssislər belə qəti bir səbəb tapa bilmirdilər. Bəzi mütəxəssislər vəziyyətin kütləvi psixoz hallarına bənzədiyini irəli sürürdülər.

Nəhayət geniş tibbi müayinələr xəstəliyin səbəbinin havadakı yüksək miqdarda karbonmonoksit və karbohidrogen qazları olduğunu aşkara çıxarıb.

Səlahiyyətlilər bildirib ki, bu qazlar bəzən bağlanmış uran mədənlərində cəmləşir və havadakı oksigen səviyyəsini azaldır.

Hakimiyyət orqanları səbəb tapıldıqdan sonra iki kəndi boşaltmağa başlayıb. Mütəxəssislər ərazidəki həyatın artıq sağlamlıq baxımından təhlükəsiz olmadığını bildiriblər.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR