Hazırda 647 əsgərin uşağına müavinət verilir

"Hazırda aztəminatlı ailələrdən olan 179 min 618 uşağa ünvanlı dövlət sosial yardımı ödənişi verilir".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən iclasda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci il ərzində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb.01.01.2026-cı il tarixinə 44 200 nəfər əlilliyi olan uşaq, 67 000 nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər  aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq Nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunur".

Qeyd edək ki, hazırda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına hər uşaq üçün 140 manat müavinət ödənilir.(Unikal.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR