Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıb

Tibb müəssisələrində xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, innovativ tibbi həllərin tətbiqi, ən son tibbi texnologiyaların və cərrahi xidmətlərin ölkə səhiyyəsinə qazandırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Bu tibb müəssisəsinin müasir səhiyyə texnologiyalarının ən son nailiyyətlərindən biri olan “Medbot” robotik cərrahi platforması ilə tam təmin olunmasın, sistemin istismara verilməsi və kadr peşəkarlığının artırılması nəticəsində mümkün olub. 

“Medbot” robotik cərrahiyyə sistemi yüksək dəqiqlik, təhlükəsizlik və effektivlik standartlarına cavab verən, müasir texnologiyalar əsasında hazırlanan qabaqcıl bir platformadır. Bununla yanaşı, sistem cərrahi koaqulyator və yüksək keyfiyyətli robotik cərrahi əl alətləri ilə təchiz olunub ki, bu da müxtəlif növ əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına geniş imkanlar yaradır. Sisteminin ən mühüm üstünlüklərindən biri onun uzaqdan idarəetmə və beynəlxalq texniki dəstək moduluna malik olmasıdır.

Robotik cərrahi əməliyyat tibb müəssisəsinə öd kisəsinin polipozu diaqnozu ilə müraciət edən 2003-cü il təvəllüdlü pasiyent (kişi) üzərində həyata keçirilib və robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.  

Cərrahi müdaxilə robotik əməliyyatın əsas icraçısı — konsol cərrahı, Yeni Klinikanın Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov və xəstə tərəfi assistent (Patient Side Assistant), əməliyyat masası yanında olan ümumi cərrah Möhsüm Əsgərov tərəfindən icra edilib.

Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini — kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları — joystiklər vasitəsilə dəqiqliklə icra edir.

Qeyd edək ki,  robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş və dəqiq görüntü imkanları, yüksək manevr qabiliyyəti təqdim edir. Bu texnologiya əməliyyat zamanı dəqiqliyin artmasına, toxumalara minimal zədələnməyə, pasiyentin daha sürətli bərpasına və ümumilikdə müalicə nəticələrinin yaxşılaşmasına əhəmiyyətli töhfə verir.

 

Robotik cərrahi əməliyyatlarda istifadə edilən müasir texnoloji avadanlıqlar artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Yeni Klinikada bu sistemlə əməliyyatlara rəhbərlik edəcək həkim heyəti xarici ölkələrdə ixtisaslaşmış təlim və kurslardan keçmiş, robotik cərrahiyyənin texniki və kliniki istismarına tam şəkildə yiyələniblər. Bu isə həyata keçiriləcək əməliyyatların beynəlxalq standartlara uyğun və yüksək peşəkarlıq səviyyəsində icra olunmasına tam zəmanət verir.

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR