Gözünə linza taxan qız kor oldu

Rusiyanın Novosibirsk bölgəsindən olan bir qız gecə gözünə kontakt linzalar taxması səbəbindən görmə qabiliyyətini itirib.

Məlumata görə, qız linza taxarkən gözün buynuz qişasını zədələyib. Yüngül zədə onun gözündə infeksiyaya səbəb olub. Bu da sürətli iltihaba və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarıb.

Qız əvvəlcə gözündə qızartı və şiddətli qıcıqlanma hiss edib, lakin oftalmoloqun təyin etdiyi müalicə faydasız olub.

Onun vəziyyəti pisləşib, ağrıları artıb və həkimlər daha sonra yoluxucu keratit diaqnozu qoyublar.

Bir neçə əməliyyat keçirsə də, həkimlər sonda qızın gözünün birini çıxarmağa məcbur olublar. Hazırda Rusiya sakini protez gözdən istifadə edir.

Problemlər bununla da bitməyib. Onun digər gözündə də iltihab və qızartı yaranıb.

Həkimlər onun səhhətini yaxından izləyirlər. İnfeksiya davam edərsə və ya immun sistemi zəifləsə, qızın digər gözünün də kor olmaq təhlükəsi var. Bundan əlavə, xəstəlik və zəifləmiş immun sistemi səbəbindən qızda diabet də inkişaf edib.(oxu.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR