“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı

SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb. Rəqəmsal imzanın 100-cü tərəfdaşı “Azerconnect” şirkəti olub.

2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb. 

SİMA  rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləri azalıb. Hazırda “SİMA İmza”dan Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanı əldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.

Qeyd edək ki, “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5.5 milyonu ötüb. SİMA İmza ilə 1000-dən çox elektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR