QHT-lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq

Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Gazette.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva dəyişiklikləri izah edib: “Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. İndiyədək bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databankı, təhlili yox idi. Bu isə müəyyən qədər pərakəndəliyə, müxtəlif dövlət qurumları tərəfindən bəzən eyni layihələrə görə təkrar vəsaitin ayrılmasına, dublikat, plagiat layihələrin maliyyələşdirilməsinə səbəb olurdu. Etiraf olunmalıdır ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək”.

A.Əliyeva onu da bildirib ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir: “Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, lakin bütün bu qurumlar QHT-lərlə işi vahid qurumla - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiya edəcək. Dövlət qurumlarının QHT-lər üçün müsabiqələri bundan sonra QHT Agentliyi ilə birlikdə elan etməsi, tərəflərin ekspertizanı kollegial aparması, nəticələri birlikdə ictimaiyyətə elan etməsi nəzərdə tutulur. Birlikdə keçirilmiş müsabiqənin qaliblərinə vəsaitlərin köçürülməsi, onlarla müqavilələrin bağlanması, bu layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə müvafiq dövlət qurumu yenə özü məşğul olacaq. Bütün təfərrüatlar 3 ay müddətdə işə düşəcək yeni qaydalarda əksini tapacaq. 6 ay ərzində isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayacaq”.

O deyib ki, yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək. “Dövlətimizin başçısının bu yüksək etimadını doğrultmaq üçün Agentlik bundan sonra da əzmlə çalışacaq”, - deyə icraçı direktor vurğulayıb.

A.Əliyeva onu da bildirib ki, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Dövlətimizin başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR