“Musiqi məbədi Şuşa” kitabının təqdimatı olub

“İrsimizin Tətbiqi və Təbliği” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa musiqidə” ədəbi-bədii tədbir keçirilib. Tədbir Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf edilən "Musiqi məbədi Şuşa" adlı kitabının təqdimatına həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəfis şəkildə işıq üzü görən kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Tədbirdə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və Şuşaya həsr olunmuş videoçarx nümayiş edilib.

Bildirilib ki, “Musiqi məbədi Şuşa” kitabında Qafqazın Konservatoriyası, poeziya və musiqi beşiyi olan müqəddəs Şuşamızın musiqi həyatından, burada boya-başa çatan sənətkarlardan, bəstəkarlarımızın Şuşaya həsr aid musiqi əsərlərindən söhbət açılır. Kitabın ərsəyə gəlməsində Əməkdar jurnalist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin rolu böyükdür. Məhz Vasif müəllimin fikirlərinə, tövsiyələrinə istinad edilərək, Səadət Təhmirazqızı Şuşa mövzusuna müraciət edib, gözəl nəfis tərtibatda kitab ərsəyə gətirib. Kitabın rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədovadır.

“Musiqi məbədi Şuşa” kitabı - “Şuşanın musiqi mədəniyyətinə bir nəzər”, “Şuşa musiqidə”, “Şuşa xalq musiqisində”, “Şuşa professional musiqidə”, “Şuşalı musiqiçilər”, “Şuşada musiqi müjdələri”, “Şuşada tanınmış ziyalılara minnətdarlıq hissi ilə” bölmələrindən ibarətdir.

Tədbirdə “Musiqi məbədi Şuşa” kitabı haqqında” sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova kitabın məziyyətlərindən danışıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva isə müəllifə minnətdarlığını bildirərək, kitabın musiqi ictimaiyyəti üçün böyük töhfə olduğunu vurğulayıb, yeni nəşrin Şuşada da təqdimatının keçirilməsini tövsiyə edib.

Digər çıxışçılar da nəfis tərtibatda nəşr olunan kitab haqqında öz fikirlərini bölüşüblər.

Kitabda nəşr olunan mahnıların bəziləri tədbirdə səsləndirilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR