Bu ölkədə sürət həddini aşan sürücülər həbs olunacaqlar

Fransada saatda 50 kilometrdən çox sürət həddini aşan sürücülər üç aya qədər həbs və 3750 avro məbləğində cərimə olunacaqlar.

Bu barədə "Journal Officiel" nəşri məlumat yayıb.

Qeyd edilib ki, sərt qaydalar dekabrın 29-dan qüvvəyə minəcək.

"Sürət həddini əhəmiyyətli dərəcədə aşmaq qəza halında ağır nəticələrə səbəb olan xüsusilə təhlükəli davranışdır. Həddindən artıq sürət reaksiya müddətini azaldır, əyləc məsafəsini artırır, nəqliyyat vasitəsinin idarə olunmasını pozur və toqquşma zamanı zərbə gücünü artırır", - deyə Fransanın Yol Təhlükəsizliyi Departamenti sərt qaydaların tətbiqinə münasibət bildirib.

Yeni qaydalara görə, sürət həddini əhəmiyyətli dərəcədə aşan şəxslərin nəqliyyat vasitələri müsadirə olunacaq və onlar beş ilədək sürücülük hüququndan məhrum ediləcəklər. Həmçinin, sərt cəzaya məruz qalan sürücülər yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə kursunu da bitirməli olacaqlar. (Olke.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR