TƏBİB nümayəndələri beynəlxalq tibbi tədbirlərdə iştirak edib

11–14 dekabr 2025-ci il tarixlərində Antalya şəhərində Türkiyə Yanıq və Travma Dərnəyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “2-ci Ulusal Yanıq Konqresi”, “2-ci Avrasiya Yanıq Konqresi” və “2-ci Ulusal Yanıq Tibb Bacılığı Konqresi” keçirilib. Beynəlxalq miqyaslı tədbirdə ümumilikdə 31 ölkədən 350-dən çox alim, həkim və tibb işçisi iştirak edib.

Konqresin açılış mərasimində çıxış edən Türkiyə Respublikası səhiyyə nazirinin müavini, professor Nurullah Okumuş yanıq müalicəsinin yalnız dəri zədələnməsi ilə məhdudlaşmadığını, infeksiya riski, metabolik pozğunluqlar, ağrı idarəçiliyi və psixososial dəstək tələb edən kompleks klinik vəziyyət olduğunu bildirib. Türkiyə Yanıq və Travma Dərnəyinin sədri, professor Emrah Şenel isə konqresdə 31 ölkənin təmsil olunmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.

Konqresdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru Emil İskəndərov və Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinin 4 əməkdaşı iştirak edib. Emil İskəndərov konqres çərçivəsində keçirilən iki panel müzakirəsinə moderator qismində qatılaraq öz təcrübəsini beynəlxalq mütəxəssislərlə bölüşüb. Tədbir zamanı yanıq müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti, tibb bacılarının rolu, profilaktik proqramların vacibliyi və müasir texnologiyaların yanıq müalicəsinə inteqrasiyası məsələləri müzakirə olunub.

Eyni zamanda 15–19 dekabr 2025-ci il tarixlərində Türkiyənin İzmir şəhərinin Urla rayonunda yerləşən Beynəlxalq Təcili Fəlakət Simulyasiya və Təlim Mərkəzində Türkiyə Səhiyyə Nazirliyinin Təcili Səhiyyə Xidmətləri Baş İdarəsi tərəfindən UMKE EMT Tip 1 Fixed (stasionar) və UMKE EMT Tip 1 Mobil verifikasiya işləri çərçivəsində “UMKE EMT Verifikasiya Hazırlıq İş Günü” təlimləri keçirilib.

Təlimlərin məqsədi 14–18 oktyabr 2025-ci il tarixlərində Avstriyanın Qrats şəhərində təşkil olunmuş “EU MODEX” təlim-tətbiqi zamanı əldə edilən təcrübələrin qiymətləndirilməsi və EMT Tip 1 modulları üzrə Standart Əməliyyat Prosedurlarının yenidən nəzərdən keçirilməsi olub.

Tədbir çərçivəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin artırılması və beynəlxalq EMT verifikasiya proseslərinə hazırlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, EMT verifikasiyası beynəlxalq standartlara cavab verən mobil tibbi komandaların tanınması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı fəlakət tibbi hazırlığı və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verir.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR