Milli Referens Laboratoriyasında müasir GMO analizləri aparılır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyası tərəfindən yem məhsullarında genetik modifikasiya edilmiş orqanizmlərin (GMO) aşkar edilməsi və onların kəmiyyətcə təyini üzrə yüksəksəviyyəli laborator analizlər həyata keçirilir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, laboratoriya ölkədə GMO-ların unikal identifikatorlarının müəyyən edilməsi və miqdar üzrə analizinin aparılması sahəsində ixtisaslaşmış yeganə laboratoriya kimi fəaliyyət göstərir. Həmin çərçivədə həm bitki spesifik gen, həm də hər bir GMO növünə məxsus unikal identifikatorların müəyyən edilməsi məqsədilə müasir laborator müayinələr aparılır. Analizlər son texnologiyalara əsaslanan, yüksək həssaslığa malik real zamanlı PZR (Polimeraz Zəncir Reaksiyası) avadanlıqları vasitəsilə icra olunur.

Laboratoriyaya daxil olan qida, yem və toxum məhsullarında GMO-nun mövcudluğunun müəyyən edilməsi üzrə sınaqlar beynəlxalq standartlara tam uyğun şəkildə aparılır. Milli Referens Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub.

Bununla yanaşı, Milli Referens Laboratoriyası GMO-nun kəmiyyətcə təyini və digər unikal GMO identifikatorlarının müəyyən edilməsi üzrə beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edərək öz peşəkarlığını və etibarlılığını təsdiqləyib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR