
Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları təsdiqlənib
“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.
Gazette.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Bu qaydaların məqsədi xüsusi icra məmurlarının siyahısının müəyyən edilməsinin və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək. Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır.
Qaydaya əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və daim yenilənir. Reyestrdən məlumatın ka
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay