Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub

Bu gün Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə Ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə Xüsusi Elçisi, cənab Miguel Ángel Moratinos arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq münasibətləri və bu əməkdaşlığın gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti il Bakı şəhərində UNAOC-un tərəfdaşlığı ilə keçirilməsi planlaşdırılan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məsələləri müzakirə olunub. Eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının XII Qlobal Forumunun 2027-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünün UNAOC Dostlar Qrupu ilə birgə müzakirə edilməsi barədə razılıq əldə olunub.

Tərəflər “Bakı Prosesi” çərçivəsində formalaşmış tərəfdaşlığın beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Müzakirələr zamanı Azərbaycanın UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər, o cümlədən əvvəlki illərdə təşkil olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən tədbirlər və növbəti mərhələdə planlaşdırılan forumlar barədə fikir mübadiləsi aparılıb. Bu platformaların multikultural dəyərlərin təşviqi, dini və mədəni dözümlülüyün möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə, həmçinin qlobal çağırışlar fonunda mədəni diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR