Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb

Azərbaycanın sığorta sektoru ilə bağlı sayca üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işi “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunub.

Tədqiqat işinin aparılma səbəblərinə aydınlıq gətirən layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, yerli bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığı məhdud sayda sığorta məhsullarının satışından ibarətdir: “Bu sığorta məhsulları, əsasən, bankların öz müştərilərinə təklif etdikləri kreditlərə tətbiq olunan məhsullardır ki, bu da bankların öz risklərini sığortalamaq anlamına gəlir. Bankların mövcud müştərilərinə fərqli sığorta məhsullarının təklif olunması nəticəsində qeyri-bank xidmətindən əlavə gəlir əldə etmək imkanını lazımi səviyyədə dəyərləndirməməsinin səbəblərini araşdırmaq qərarına gəldik”.

Layihə rəhbəri bildirir ki, tədqiqatın başlıca məqsədi bank sığortaçılığının cari vəziyyətini qiymətləndirmək, bu sahənin inkişafını əngəlləyən məqamları ortaya çıxarmaq və ekspertlərin bu istiqamətdə təkliflərini öyrənməkdir.

Tədqiqatda daha çox istifadə olunan sığorta məhsulları, sığorta məhsullarının əldə edildiyi kanal növü, bank xidmətlərindən istifadə dinamikası və xidmət çeşidləri, bank sığortaçılığı məhsullarından istifadə edənləringender, yaş və gəlirlilik səviyyəsinə görə dinamikası, sığorta məhsullarından imtina səbəbləri və s. kimi aktual suallara cavab axtarılıb.

Qeyd edək ki, “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş tədqiqat işinə dair sorğularda 500 respondent iştirak edib ki, bunun da 53%-ni kişilər, 47%-ni isə qadınlar təşkil edib. Tədqiqat Bakı və Bakıətrafı ərazilərdə aparılıb.
 

SON XƏBƏRLƏR

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

BÜTÜN XƏBƏRLƏR