Korrupsiya ilə mübarizə və şəffaflıq məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində korrupsiya halları ilə mübarizə mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüşdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Dövlət Vergi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Tədbir  iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, görülən tədbirlərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıblar.

Vergi ödəyicilərinin korrupsiya halları və vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məlumatvermə imkanları, ödəyicilərin və vətəndaş cəmiyyətinin bu imkanlar barədə məlumatlandırılması, şikayət və müraciətlərə baxılması vəziyyəti, Vergi Ombudsmanının fəaliyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər barədə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR