Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib

Xankəndidə Qarabağ Universitetinin İncəsənət fakültəsində ali təhsil müəssisəsinin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərgi keçirilib.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, universitetin rəhbərliyi, müəllim, tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin iki il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahələrində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb. Ş.Bayramov universitetin Qarabağda ali təhsilin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına töhfə verməyə davam etdiyini qeyd edib və bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncəsinin, estetik zövqünün və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını bildirib. Rektor, həmçinin bu müddət ərzində universitetin inkişafına töhfə verən bütün əməkdaşları və tələbələri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris və yaradıcılıq istiqamətli işlər, tələbələrin akademik hazırlığı və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələr barədə məlumat verib. T.Qasımzadə bildirib ki, fakültə qarşıdakı illərdə də tələbələrin peşəkar inkişafını, yaradıcı potensialının dəstəklənməsini və Qarabağın mədəni mühitinin zənginləşdirilməsinə xidmət edən layihələrin sayının artırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib.

Konsert proqramı Niyazinin “Qaytağı” əsərinin ifası ilə başlayıb. Proqram çərçivəsində İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.

Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf” adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR