Aqroturizm üzrə təlimlər keçirilib

Dövlət Turizm Agentliyininin təşkilatçılığı ilə regionlarda turizm sahəsində ixtisaslaşmanı və xidmət keyfiyyətini artırmaq, yerli icmalarda məşğulluq imkanlarını genişləndirmək və turizm fəaliyyətinin dayanıqlılığını təmin etmək məqsədilə təlimlər təşkil olunub. 

Laçın, Zəngilan, Zaqatala və Qusarda yerli icma nümayəndələrinə “Qonaq evi idarəçiliyi” və “İctimai iaşə obyektlərinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlimlərdə qonaq evlərinin idarə edilməsi, xidmət keyfiyyəti, rəqəmsal platformalarda tanıdılma, marketinq və müştəri məmnuniyyətinin idarə olunması kimi praktiki bacarıqlar haqqında məlumat verilib. Layihə çərçivəsində təlimlərlə yanaşı, mentorluq dəstəyi təmin edilib, eyni zamanda ekspertlər tərəfindən qonaq evlərinin yerində qiymətləndirilməsi və potensial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi həyata keçirilib. 

Təlimlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində regionların turizm potensialının gücləndirilməsinə, “Turistik kənd” təşəbbüsünə və turizm potensialı yüksək olan bölgələrdə yerli icmaların turizm sahəsində bacarıqlarının artırılmasına töhfə vermək məqsədi daşıyır.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR