Yadigar Muradov vəfat edib

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov 66 yaşında vəfat edib.

Gazette.az xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb.

Ailəli olub, 3 oğlu var idi.

21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.

8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR