Bu gün üçrəngli bayrağımız bütün sərhədlərimiz boyunca, məğrur dalğalanır!

Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Bayraq, həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız sözün əsl mənasında milli qürurumuzdur. Bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türk dünyasının böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadədir.

Tarixi şəxsiyyət XX əsrin əvvlərində milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi olaraq müasir Azərbaycanın bu gününə işıq salır. Müqəddəs bayrağımız xalqımızın hər zaman azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirib. Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir.  

Həmin bayraq 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. 1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edilmişdir. Bayrağımız Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1995-ci ilin noyabr ayının 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.  

Ulu Öndərin 13 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.  Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.  Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyən Ümummilli Lider Dövlət bayrağımıza hər zaman lazımı dəyər və qiymət vermiş, onu müqəddəs hesab etmişdir. Bu gün Dövlət bayrağımız milli birliyimizi təcəssüm etdirir. Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün Azərbaycan Respublikasının bütün dövlət rəmzləri kimi müqəddəs bayrağımıza da ən yüksək, ali dəyər verilir.

Məhz, cənab Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. 27 sentyabr 2020-ci ildə başlanan və Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş 44 günlük Vətən Müharibəsi xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi, dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.

Məğrur, Qalib Azərbaycan Ordusu Azərbaycan Bayrağını uca tutaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə on illiklər ərzində əsirə çevrilmiş ata-baba yurdlarımızı döyüşərək, düşməni, döyüş meydanında əzərək,  addım-addım,  qarış-qarış azad etdi.  Bu gün üçrəngli bayrağımız bütün sərhədlərimiz boyunca, məğrur dalğalanır!. 

   İdris Xanmədov;
   Neftçala rayonu  
            

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR