“Brain rot”, yaxud dərin düşünmə qabiliyyətini necə itirməmək olar?

“Brain rot” (“beyin çürüməsi”) son illər internetdə ən çox müzakirə olunan və narahatedici terminlərindən biridir. Bu ifadə hətta Oksford Lüğəti tərəfindən ilin əsas sözü kimi seçilib. Termin, əsasən qısa videolar və memlər (fikir, şəkil, video, mətn və ya hərəkət formasında sürətlə onlayn və ya real mühitdə yayılan məzmun) şəklində təqdim olunan, əhəmiyyətsiz və keyfiyyətsiz məlumatların həddindən artıq və passiv istehlakını ifadə edir.

AZƏRTAC xəbər verir ki, “Bombombini Qusini”, “Balerina Kapuçino”, “Kapuçino Assasino”, “Siqma” və buna bənzər memlər sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb. Tənqidçilərin fikrincə, ani, lakin səthi təsir yaratmaq məqsədi daşıyan belə kontent təkcə vaxt itkisinə səbəb olmur, həm də diqqət və idrak qabiliyyətlərinə mənfi təsir göstərərək onları zəiflədir. Bu fenomen ən çox Z nəsli (1997–2012-ci illərdə doğulanlar) və Alfa nəsli (daha sonrakı dövrdə doğulan uşaqlar) arasında yayılıb.

“Brain rot” insan şüurunu passivləşdirir

Psixoloq Lamiyə Əhmədlinin fikrincə, “brain rot” insan şüurunun passivləşməsinə gətirib çıxarır. İnsan beyni fasiləsiz olaraq videoçarxlar, sosial şəbəkə paylaşımları və s. şəklində informasiya axınına məruz qalır.

“Bu məlumatlar dərin düşüncə mərhələsindən keçmir. Belə vəziyyətdə beyin yaradıcı, reflektiv və tənqidi fəaliyyət funksiyasını itirir, sadəcə məlumat qəbul edən passiv rejimə keçir”, – deyə o qeyd edir.

 

Psixoloqun sözlərinə görə, “brain rot” insanın dünyagörüşünə də təsir göstərir: düşüncələr parçalanmış, əlaqəsiz və qısamüddətli olur. Əslində, beyin məşğuldur, lakin o inkişaf etmir və öyrənmir. Bir sözlə, “brain rot” insanın zehni tənəzzülünü ifadə edən bir anlayışdır.

“Brain rot” – informasiya ilə yüklənmiş beynin vəziyyətidir. Qısa, mənasız videoların davamlı izlənməsi beynin səthi işləməsinə səbəb olur. Nəticədə düşünmə prosesi sürətlənir, amma dərinliyini itirir.

Bu halda sual yaranır: bu informasiya axınında zehnin aydınlığını necə qorumaq olar? Cavab sadədir: dərin düşünmə vərdişini bərpa etmək və internetdə nəyi istehlak etdiyimizi şüurlu şəkildə seçmək lazımdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR